Qadını öldürüb basdırdı, sonra polisə təslim oldu - Daşkəsəndə dəhşətli olay
Bizi izləyin

Qırmızı.az

Qadını öldürüb basdırdı, sonra polisə təslim oldu - Daşkəsəndə dəhşətli olay

Daşkəsəndə dəhşətli hadisə baş verib. Gəncə sakini öldürdüyü qadını meşədə basdırdıqdan sonra polisə təslim olub.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bildirir ki, hadisə martın 26-da baş verib. Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğaraq qətlə yetirib. Qatil cəsədi Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə ŞBPİ-yə gələrək hadisəni törətməsini etiraf edib.

G.Mirzəyevanın meyiti eksqumasiya edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm