Bərdəlilərə xidmət etmək “ASAN”laşdı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bərdəlilərə xidmət etmək “ASAN”laşdı – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Agentlikdən Publika.az-a verilən məlumata görə, Bərdə “ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədir.

“ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı "108 Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm