Təhsil Nazirliyi: “Bütün məktəblərin hərbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub”
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi: “Bütün məktəblərin hərbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub”

“Ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetlərinin müasir avadanlıqlıqlarla təmin edilməsi üçün Təhsil, Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma zavodu arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq 50 pilot məktəbin gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetləri müasir standartlara cavab verən təlim üçün nəzərdə tutulmuş avadanlıqlarla təmin edilib.

Publika.az -ın məlumatına görə, bu fikirlər Təhsil Nazirliyinin 31 mart Azərbaycanlıların Soyqrımı günü ərəfəsində Bakının 194 saylı məktəbinə təşkil etdiyi mediatur zamanı səsləndirilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib ki, mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etməkdir. Bu cür görüşlər həmçinin məktəblilərin vətənpərvər ruhda tərbiyəsinə tövhə verməkdir. C.Valehov onu da bildirib ki, hazırda 50 məktəbdə pilot layihə formasında həyata keçirilsə də, gələcəkdə bütün məktəblərin hərbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub:

“Bu birbaşa Təhsil Nazirliyinin sahəsidir. Bu işlər təhsil naziri Mikayıl Cabbarovun göstərişi əsasında icra olunur”.

Qeyd edək ki, KİV nümayəndələri ilə yanaşı tədbirə QHT nümayəndələri, Şəmistan Nəzirli, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev iştirak edib.

Mediatur çərçivəsində qonaqlar məktəbin çağırışaqədərki hərbi hazırlıq kabineti ilə tanış olub, dərs prosesini izləyiblər. Bütün məktəblərdə Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetlərindəki bütün avadanlıq və silahlar Müdafiə Sənayesi Nazirliyinin istehsalıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm