İçərişəhərə giriş bağlanır - MƏHDUDİYYƏT
Bizi izləyin

Qırmızı.az

İçərişəhərə giriş bağlanır - MƏHDUDİYYƏT

Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri aprel ayında İçərişəhərdə davam edəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Publika.az-a verilən məlumata görə, filmin çəkilişləri ilə əlaqədar aprel ayının 1-dən 14-nə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Aprel ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

Çəkilişlərin əsasən İçərişəhərin Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacağı bildirilir.

Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm