Qırmızı.az
Region TV-lərimiz “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
Azerspace-1” peyki üzərindən yayımlanan kanallar siyahısına daha bir neçə region kanalı daxil olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə ölkəmizin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, region kanalları – “Qütb” TV (Quba),
“Alternativ” TV (Gəncə), “Türkel” TV (Tovuz) və “Region” TV artıq
“Azerspace-1” peyki üzərindən yayıma başlayıb.
Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunmuşdur:
11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC
telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək
keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında
orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən
“Azerspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir
və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını
əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək
peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24,
Ku diapazonda 12 transponder.
2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci,
təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin
məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil
almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer
səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə
başlanıb.
Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər
spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos”
2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45°
Şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli
Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər