Qırmızı.az
Nazirlik: "Azərbaycandakı bütün hotellərin fəaliyyəti lazımi səviyyədə deyil"
Azərbaycandakı bütün turizm şirkətləri və hotellərin fəaliyyəti lazımi səviyyədə deyil.
Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin
Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər sərgisinin (AITF-2015) açılış mərasiminə həsr
olunmuş mətbuat konfransında çıxışında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 284 turizm şirkəti,
535 hotel var. Lakin xidmət səviyyəsi nə turizm şirkətləri, nə də
hotellərdə qaneedici səviyyədədir.
A.İsmiyev bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunlarına
hazırlıq vəziyyətinin araşdırılması məqsədilə hotellərdə
monitorinqlər aparılıb və bundan sonra da aparılacaq. Mədəniyyət və
Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə hotellərin
təhlükəsizlik məsələlərini öyrənmək üçün monitorinqlər
keçirib.
Şöbə müdiri qeyd edib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək qonaqların sayı ilə bağlı dəyərləndirmələr aparılmasa da, onların yerləşdirilməsi ilə əlaqədar problemin olacağı gözlənilmir.
Hotellərin qiymətlərinə gəldikdə, A.İsmiyev deyib ki, son 3-4 ildə Bakıda dördulduzlu hotellərin sayı artıb. Hazırda onlarda bir günlik yerləşdirmənin qiyməti 70-80 manatdir ki, bu da normal qiymət hesab oluna bilər.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb