"Kefli İsgəndər"in qəbri tapıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

"Kefli İsgəndər"in qəbri tapıldı - VİDEO

Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan "Kefli İsgəndər" Ağcabədi rayonunundandır.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, onun qəbri də rayonun Hüsülü kənd qəbiristanlığındadır. Görəsən kənd sakinləri nə deyir. İsgəndər həqiqətən əsərdə olduğu kimi keflimi olub?

İstər filmdə, istər tamaşlarda maraqla izlənir, olduğu kimi qəbul olunur Cəlil Məmmədquluzadənin məşhur "Ölülər" əsərinin əsas qəhramanı olan Kefli İsgəndər.

Araşdırmalar nəticəsində məlum olub ki, İsgəndər Ağcabədi rayonunun Kəhrizli kəndində doğulub.Sonralar Hüsülü kəndinə köçərək orada yaşayıb. Ona "Kefli" ləqəbinin verilməsinin maraqlı tarixçəsi var.Dövrünün ali təhsiili ziyalılarından olan İsgəndər əslində ölülər əsərində kefli kimi qələmə alınıb. Real həyata isə İsgəndər dövrünün Avropada təhsil alan nadir şəxslərindən olub.

İsgəndərin Cəlil Məmmədquluzadə ilə qohumluq əlaqəsi də olub.Onun həyat yoldaşı Həmidə xanım İsgəndərin həyat yoldaşı Bahar xanımla qohum olublar. Bu səbəbdən də Cəlil Məmmədquluzada tez tez Hüsülü kəndində olub.

Hazırda İsgəndərin məzarı Ağcabədi rayonunun Hüsülü kənd qəbiristanlığındadır.Məzarın baxımsızlıq səbəbindən məhv olmaq təhlükəsi var.

Deyilənə görə onun ailəsi sonralar xarici ölkələrdən birinə köçüb.Hazırda da "Kefli İsgəndər"in övladının xaricdə yaşadığı ehtimal olunur. Azərbaycanda isə həmin nəsildən kimsənin olmadığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm