Ordumuz Türkiyədə öz gücünü göstərdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ordumuz Türkiyədə öz gücünü göstərdi - VİDEO

Türkiyə, Azərbaycan, Amerika Birləşmiş Ştatlarının, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə beynəlxalq “İşıq-2015” hərbi xilasetmə təlimləri başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.


Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TURAZ Şahini 2015” birgə təlimləri davam edir. Qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçirirlər. Azərbaycanlı pilotlar bu dəfə “F-4” tipli qırıcı-bombardmançı təyyarələri idarə ediblər. Təlimlərdə ilk olaraq Azərbaycan və Türkiyə təyyarələri hədəflərə hücum edərək yerdəki müdafiə sistemlərini vurublar.

Dəqiq atəşlə hədəflər sıradan çıxarılıb. Sonra şərti düşmən ərazisində qalan bir pilot xilas edilib. Əraziyə enən iki helikopterdən düşən əsgərlər ətrafı mühafizə edib və pilot helikopterə mindirilib. Sonda helikopterlərin yerə enməsinin təhlükəli olduğu vəziyyətdə düşmən ərazisində qalan pilot xilas edilib.

Bu dəfə helikopterdən xüsusi iplərlə enən əsgərlər yaralı pilotu xərəyə qoyaraq xilas ediblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd “Mi-17” döyüş-nəqliyyat helikopterləri Türkiyədə “İşıq-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində fəal iştirak edirlər və bu təlimlər çərçivəsində əməliyyatların yerinə yetirilməsinə cəlb olunublar.

Ötən gün birgə təlimlər çərçivəsində müşahidə və media turu keçirilib. Təyyarələrin birlikdə təhlükəsiz uçmalarını təmin edəcək üsullar reallaşdırılıb.

Uçuş qabiliyyətinin artırılması məqsədilə ciddi sınaqlar keçirilib, qarşılıqlı təcrübə mübadiləsi təmin edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MİQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd “Mi-17” helikopteri iştirak edir. Martın 2-də başlayan təlimlər aprelin 13-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm