Ərini bıçaqlayan gəlin: “Mənə söz atana heç nə demədi” - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Ərini bıçaqlayan gəlin: “Mənə söz atana heç nə demədi” - TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirli bilinən, 1986-cı il təvəllüdlü Nüşabə Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin yanvarında Binəqədi rayonunda baş verib. 28 yaşlı Nüşabə Rəhimova münaqişə zəminində həyat yoldaşı Şamili yatdığı yerdə bıçaqlayıb. Xəstəxanaya çatdıralan kişinin həyatını xilas etmək mümkün olub. Hadisənin ailə zəminində münaqişəyə səbəb olduğu bildirilib.

Belə ki, Nüşabə Rəhimova bildirib ki, əri onu qısqanmadığı, yolda ona söz atan adama heç nə demədiyi üçün aralarında mübahisə düşüb. Daha sonra ər-arvadın mübahisəsi sakitləşib. Gecə yarısı ərinin yatdığını görən qadın cinayətə əl atıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nüşabə Rəhimova saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126 –cı ( qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Nüşabə Rəhimova 15 yaşında Şamilə qoşularaq qaçıb. Nüşabə Rəhimovanın anası da bir neçə il bundan qabaq ərini öldürüb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Nüşabə Rəhimova ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində əri Şamilin onu qısqanmamasından şübhələnməyə başlayıb. Onun sözlərinə görə, Şamilin başqası ilə gəzməsindən şübhələnib. Qadın həmçinin qeyd edib ki, uşaqlarına və ona doğru-düzgün baxmayıb.

Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm