Qırmızı.az
"Hər kağızı bir yarpağa dəyişək" layihəsində birinci müəyyənləşdi
IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi uğurla davam edir.
Publika.Az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində istifadə olunmuş kağız və kağız məhsullarının qəbulu aksiyası keçirilir.
Aksiyanın ilk həftəsində iştirak edən dövlət orqanları arasında Dövlət Sosial Müdafiə Fondu 27000 kq, qeyri-hökümət təşkilatlarından Azərbaycan Hüquqşünaslar Konfederasiyası 173,4 kq və özəl müəssisələrdən isə “Embawood” şirkəti 1700 kq istifadə olunmuş kağız məhsullarını adı çəkilən mərkəzlərə təhvil verməklə həftənin liderləri olub. Bununla yanaşı vətəndaşlar da kütləvi şəkildə aksiyada iştirak edirlər, onlar arasında İsayeva Sevinc Şəmsəddin qızı 56 kq nəticə ilə birinci olub.
Nəzərinizə çatdıraq ki, kütləvi aksiya hələ də davam edir. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında 1 ağacın əkilməsi planlaşdırılır.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək