Qənirə Paşayevadan həmkarına dəstək: “Çanaqqala zəfəri Azərbaycanda da qeyd edilsin”
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan həmkarına dəstək: “Çanaqqala zəfəri Azərbaycanda da qeyd edilsin”

“Təklif edirəm ki, Çanaqqala zəfərinin 100-cü ildönümü Azərbaycanda da yüksək səviyyədə qeyd edilsin. Həmkarım Fazil Mustafanın da bu istiqamətdə təkliflərini dəstəkləyirəm. Çanaqqala zəfəri bütün türk dünyasının zəfəridir. Bu zəfərdə mindən artıq, bəzi araşdırmalara görə bundan daha da çox azərbaycanlı Anadoluda, Türkiyə torpaqlarında oradakı qardaş-bacılarımızla vətən mübarizəsində, mücadiləsində onların yanında olub və şəhid olaraq qəhrəmanlaşıblar. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanındadır”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxıçı zamanı bildirib. O, deyib ki, aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Azərbaycan və Türkiyə olaraq birlikdə keçirəcəyəmiz tədbirlər qondarma "erməni soyqırımı" yalanlarının 100-cü ildönümünü qeyd edənlərə və onların arxasında dayananlara ən tutarlı cavab olacaq.

Millət vəkili aprelin 24-də prezident İlham Əliyevin də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Türkiyədə dövlət səviyyəsində keçiriləcək tədbirdə iştirak edəcəyi ilə bağlı məlumatlara toxunub və bunu qardaşlığın ən gözəl nümunəsi adlandırıb. Prezidentin Türkiyəyə rəsmi səfəri zamanı bu tədbirin aprelin 24-də keçiriləcəyinin önəminin xüsusi vurğulandığını diqqətə çatdıran Q. Paşayeva Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə həm qardaş Türkiyədə, həm də ölkəmizdə keçiriləcək tədbirlərin, birlik və bərabərlik içində keçirəcəyimiz tədbirlərin qondarma "erməni soyqırımı" iddiaları ilə çıxış edənlər və bu yalan iddiaların 100-cü ildönümü ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərdə iştirak edəcək bəzi güc və qüvvələrə də tutarlı cavab olacaq deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm