Qırmızı.az
Azərbaycanda çayların suyu artıb
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 220 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım
müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla,
ongünlük normanın 75 faizini təşkil edir. 2014-cü ildə isə bu
göstərici 71 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə
bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 20, Salyanda 15, Bankədə 2 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2014-cü il aprelin 03-də 357 sm), Şirvanda 265 sm (2014-cü il aprelin 03-də 199 sm), Salyanda 201 sm (2014-cü il aprelin 03-də 113 sm), Bankədə 195 sm (2014-cü il aprelin 03-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 149 sm (2014-cü il aprelin 03-də 45 sm) təşkil edir.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom