Məşhur aktyor atasını öldürdü – BAŞINI KƏSDİ
Bizi izləyin

Qırmızı.az

Məşhur aktyor atasını öldürdü – BAŞINI KƏSDİ

Türkiyənin “Samanyolu TV” kanalında yayımlanan “Kiçik gəlin” teleserialında Azad rolunu oynayan Orxan Şimşək atası Əli Şimşəyin boğazını kəsərək öldürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, cəsəd Kahta mahalının mərkəzindən bir neçə kilometr aralıda Salxımbağ kəndində tapılıb.

Aktyor atasını öldürdükdən sonra polisə təslim olub. Orxan Şimşəyin psixoloji baxımdan problemləri olduğu müəyyənləşdirilib. Depressiyada olan aktyorun atasını öldürməsinin səbəbi bilinmir.

Məşhur aktyor 1985-ci ildə doğulub. O, “Karamel” (Ömər), “Nəfəs” (Uygar), “Sultan” (Yılmaz) və “Kiçik gəlin” (Azad) teleseriallarında rol alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm