Eşşək əti satanlar saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Eşşək əti satanlar saxlanıldı

Eşşək kəsən şəxslər yaxalanıb. Hadisə Türkiyənin Bursa vilayətində qeydə alınıb.

Publika.az-ın qonşu ölkənin mediasına istinadən verdiyi xəbərə görə, Bursa restoranlarında eşşək əti satanlardan sonra, bu dəfə eşşək kəsənlər saxlanılıb.

Gecə saatlarında polis tərəfindən edilən basqın nəticəsində eşşəkləri kəsən şəxslər yaxalanıb.

Bir müddət əvvəl polisə R.C, H.A və B.C adlı şəxslərin eşşək kəsərək ətini satdıqları barədə şikayət daxil olub. Bir ay ərzində adıçəkilən şəxslər polis tərəfindən izlənilib. Onlar əldə etdikləri 9 eşşəyi kəsərkən yaxalanıblar. Polislər hadisə yerinə gələndə artıq eşşəklərdən 3-ü kəsilmiş olub. Həmin şəxslər əllərində qanlı bıçaqla saxlanılıblar.

Gecə saatlarında sorğulanandan sonra cinayətkarların işi məhkəməyə göndərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm