Naxçıvanda OSA 1T zenit-raket komplekslərindən sınaq atışları keçirilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda OSA 1T zenit-raket komplekslərindən sınaq atışları keçirilib - FOTOLAR

Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazırlıq məqsədilə təlim mərkəzində OSA 1T zenit-raket komplekslərindən real sınaq atışları icra olunub.

Atışlarda Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun yüksəklikdə, çətin dağlıq şəraitdə aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Atış zamanı qarşıya qoyulan əsas məqsədə nail olunaraq hədəflər məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm