Qırmızı.az
Ermənilər iriçaplı silahlardan mövqelərimizi atəşə tutublar
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında və Ermənistan sərhədindəki mövqelərindən bizi atəşə tutmaqda davam edirlər.
Publika.az-ın Müdafiə Nazirliyinin mətbuat
xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri
cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini
ümumilikdə 36 dəfə pozublar.
Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən
mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şıxlar,
Şuraabad, Mərzili, Cəvahirli, Füzuli rayonunun Qorqan, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...