Bakı məktəblərinin vahid saytı yaradılır
Bizi izləyin

Qırmızı.az

Bakı məktəblərinin vahid saytı yaradılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin vahid saytı yaradılır.

İdarədən Publika.az-a verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir.

Saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm