“20 Yanvar” dairəsi yenə təmir olunur - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“20 Yanvar” dairəsi yenə təmir olunur - FOTOLAR

3-cü mikrorayon dairəsindən “20 Yanvar” metrosuna gedən yol təmir olunur.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin istiqamətdə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.

Məlumatda bildirilir ki, artıq paytaxtın “20 Yanvar” dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb. Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm