Qırmızı.az
Lənkəranda ağır yol qəzası: 1 ölü, 4 yaralı - FOTO
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası
baş verib.
Hadisə aprelin 6-da, saat 20.30 radələrində Ələt-Astara
magistralının 202-ci kilometrliyində - yolun rayonun Şilavar kəndi
ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı, 42
BH 038 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni
itirərək yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn Astara
şəhər sakini, 21 yaşlı Elvin Yusif oğlu Əlizadənin idarə etdiyi
“Mersedes” markalı, 99 GU 706 dövlət nömrə nişanlı minik avtomobili
ilə toqquşub. Güclü zərbədən “VAZ-2106” markalı avtomobil
deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar
Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasedicilərinin
səyləri nəticəsində xüsusi alət və avadanlıqların köməyi ilə
deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinlər -
Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Füzuli oğlu Rəhimzadə və
Mirabbas İlqar oğlu Rəhimov, Lənkəranın Şilavar kənd sakini, 18
yaşlı Həsən Gülağa oğlu Hüseynov çıxarılaraq təcili yardım
maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Onlardan Həsən Həsənov aldığı çoxsaylı bədən xəsarətlərindən yarı
yolda dünyasını dəyişib.
“Mersedes” markalı minik avtomobilin sürücüsü ilə sərnişini, Astara
şəhər sakini, 21 yaşlı Qulam Şücaət oğlu Qulamzadə də müxtəlif
dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Onların hər ikisinə müvafiq tibbi yardım göstərildikdən sonra
ambulator müalicəyə buraxılıb. “VAZ-2106”-nın xəsarət almış iki
sərnişini isə hazırda Lənkəran MRX-da həkim nəzarəti altındadır.
Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
(apa)
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi