Çingiz Abdullayev: “Daha bir vəzifəyə seçiləcəm, amma...” – AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Çingiz Abdullayev: “Daha bir vəzifəyə seçiləcəm, amma...” – AÇIQLAMA

“May ayında 20-ci vəzifəyə seçiləcəyəm, amma hansı vəzifə olduğunu hələ demirəm. Özünüz eşidəcəksiniz”.

Bu sözləri xalq yazıçısı Çingiz Abdullayev ad günü və yeni təyin olunduğu vəzifə ilə bağlı Axar.az-a danışarkən deyib:

“Hər il olduğu kimi bu dəfə də ad günümü yaxın dostlarım və ailəmlə keçirəcəyəm. 150-200 nəfər yığışırıq bir yerə. Onların çoxunu 50 ildir tanıyıram. Təyin olunduğum yenə vəzifəylə bağlı heç bir çətinliyim yoxdur. Mənim 2 yox, 19 vəzifəm var: İnterpolun fəxri səfiriyəm, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədriyəm, Penklubun vitse-prezidentiyəm və s.. Hamısını deməyə vaxt çatmaz. May ayında 20-ci vəzifəyə seçiləcəyəm, amma hansı vəzifə olduğunu hələ demirəm. Özünüz eşidəcəksiniz”.


Xatırladaq ki, bir müddət əvvəl Çingiz Abdullayev “Neftçi” klubunun prezidenti vəzifəsinə seçilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm