TQDK-nın internet saytına girişdə məhdudiyyət olacaq
Bizi izləyin

Qırmızı.az

TQDK-nın internet saytına girişdə məhdudiyyət olacaq

21 fevral 2014-cü il saat 14:00-dan 24 fevral 2014-cü il saat 10:00-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytının işində müəyyən qısa və uzunmüddətli dayanmalar müşahidə olunacaq.

Publika.Az-ın verdiyi məlumata görə, bununla əlaqədar qurum TQDK-nın saytının istifadəçilərinə müraciət edib.

Fasilələr Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilməsi, əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətini artırmaq məqsədilə quraşdırılmış yeni serverlərin elektron hökumət portalına inteqrasiya edilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır.

TQDK narahatlığa görə üzr istifadəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm