Türkiyədə “Xocalı Şəhidləri” Parkını təhqir etdilər - FOTO
Bizi izləyin

Qırmızı.az

Türkiyədə “Xocalı Şəhidləri” Parkını təhqir etdilər - FOTO

Türkiyənin Turqutlu Bələdiyyəsinin ərazisindəki “Xocalı Şəhidləri” Parkı naməlum şəxslərin hücumuna məruz qalıb.

Publika.az qonşu ölkənin mətbuatına istinadən xəbər verir ki, parka hücum edənlər üzərində Türkiyənin bayrağının da yer aldığı elanı da təhqir ediblər. Turqutlu bələdiyyəsinin sədri Turqay Şirin “Bu hücumu qəti şəkildə pisləyirəm və belə hadisələrin yaşanmamasını istəyirəm” deyib: “Baş verənləri qəbul etməyimiz, əlbəttə, mümkün deyil. Xocalı şəhidlərini unutdurmamaq məqsədilə adını verdiyimiz “Xocalı Şəhidləri” Parkı yalnız yerləşdiyi məhəllənin deyil, hər birimizin sahiblənməsi gərək olan bir dəyərdir. Buna görə də hücumu qəti şəkildə qınayıram. Parkımıza sahib çıxmamızın lazımlı olduğunu bildirirəm”.

Qeyd edək ki, “Xocalı Şəhidləri” parkı bu il fevralın 27-də istifadəyə verilmişdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm