Qırmızı.az
İki uşağını küçəyə atan qadının əri danışdı
Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın Nuranə Quliyevanın həyat yoldaşı danışdı.
Hazırda sığınacağa yerləşdirilən 4 və 7 yaşlı uşaqların atası Musa Karamercanın Publika.az-a bildirdiyinə görə, qadının uşaqları küçəyə atıb getməsinə səbəb sevgilisinin olmasıdır. Bütün olanlarda həyat yoldaşını ittiham edən ata onları sığınacağa yerləşdirsə də, uşaqlarla tez-tez əlaqə saxladığını deyir:
“O, iki uşağı atıb getdi. Mən sonradan öyrəndim ki, onun sevgilisi olubmuş. Əslində, 2-3 ay idi ki, ondan şübhələnirdim. Rəfiqələri mənə dedilər ki, bir sevgilisi var, onunla görüşür. Gərək bəzi hərəkətlərini görüb daha əvvəl ondan boşanaydım. Mən usta işləyirdim, qazancım az olduğuna görə də bu problemlər çıxdı. İndi məcbur olub uşaqları müvəqqəti sığınacağa vermişəm. Mən bir həftədir ki, işə çıxmışam, tez-tez onların yanına gedirəm və həftədə bir dəfə uşaqları evimə gətirirəm. Bazar ertəsi yenidən sığınacağa qaytarıram”.
Onları evində saxlaya bilmədiyini deyən M. Karamercanın sözlərinə görə, bunun üçün evdə xanım olmalıdır: “Mən işdə oluram, onlara baxmaq üçün xanım olmalıdır. Belə xanımı haradan tapım? Hazırda Badamdarda santexnik işləyirəm. Uşaqları sığınacağa müvəqqəti vermişəm. İmkan tapan kimi onları sığınacağdan çıxaracam və özüm saxlayacağam”.
N. Quliyeva ilə rəsmən evli olduqlarını deyən M. Karamercanın sözlərinə görə, hazırda boşanmaq üçün işləri məhkəmədədir.
Gülnar Əliyeva
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!