Qırmızı.az
Sumqayıtın təhsil sistemində nöqsanlar aşkarlanıb
Sumqayıt şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan audit nəticəsində müəyyən edilib ki, xərc maddələri üzrə proqnoz göstəriciləri hazırlanarkən müvafiq iqtisadi əsaslandırma aparılmayıb.
"Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Belə ki, ayrı-ayrı təşkilatların xərc maddələri üzrə real tələbatları nəzərə alınmayıb, zərurət olmadığı halda xərc smetalarında dürüstləşmələr aparılıb, il ərzində bir neçə dəfə dürüstləşmə aparılmasına baxmayaraq, bəzi xərc maddələrinin icra göstəriciləri ilin sonuna aşağı səviyyədə olub.
Evdə fərdi təhsilə cəlb olunan uşaqlara dərs deyən müəllimlərin və inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən müəllim və müəllim köməkçilərinin, eləcə də evdə fərdi tədris məktəbinin rəhbər və tədris yardımçı heyətinin əmək haqlarına nəzərdə tutulmadığı halda əlavələr edilib, tarif dərəcələrinin düzgün tətbiq edilməməsi və yarımqruplara bölünən siniflərdə şagirdlərin sayının normadan az olması səbəbindən, tam orta məktəbdə bədən tərbiyəsi dərslərinin tədrisi zamanı artıq yaradılan dərs saatlarının ibtidai sinif müəllimi üçün tarifləşdirilməsi və tədris ilində şagirdlərin yerdəyişməsinin nəzərə alınmaması nəticəsində artıq əmək haqqı ödənilib.
Hesabatda vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən əvəzsiz verilən aktivlərin uçota alınması təmin edilməyib, anbarda inventar və avadanlıqlar üzrə çatışmazlıq və artıqlıq, təhsil müəssisələri üzrə isə çatışmazlıq olub, istismara yararsız vəziyyətdə olan avtonəqliyyat vasitəsinə həmin dövrdə yanacaq, bir neçə halda isə təsdiqedici sənəd olmadan dizel yanacağı uçotdan silinib, xərclər smetasında nəzərdə tutulmayan xərclərə vəsait xərc edilib. Nöqsanlara yol verən 2 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən Sumqayıt şəhər Təhsil Şöbəsinin Təsərrüfat bürosunun anbardarına şiddətli töhmət, büronun müdirinə isə xəbərdarlıq elan edilib. Bundan başqa, görülən tədbirlərlə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təqdim olunan məlumatda artıq saxlanılan 10 ştat vahidi və 6 qrupun ixtisar edilməsi qeyd olunub.
Hesabatda o da qeyd edilib ki, Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan auditin nəticələrinə əsasən, icra hakimiyyətinin tabeliyində olan məktəbəqədər uşaq müəssisələri üzrə qruplarda uşaqların sıxlığı normadan yüksək olub, auditlə əhatə olunan dövrdə orta uşaq günlərinin icra faizi 80 faizdən az olub, bəzi müəssisələrdə uşaq günlərinin uçotu siyahı sayına deyil, normativ saya görə aparılıb, bir uşaq gününə proqnozlaşdırılan ərzaq xərci məktəbəqədər uşaq müəssisələri üzrə müxtəlif olub, bəzi hallarda məktəbəqədər uşaq müəssisələri nəzərdə tutulan qida məhsulları ilə fasilələrlə və tam təmin edilməyib.
İş stajı nəzərə alınmadan işçilər baş tərbiyəçi vəzifəsinə təyin edilib, əmək haqqı üzrə ödəniş dərəcəsinin düzgün müəyyənləşdirilməməsi səbəbindən artıq əmək haqqı ödənilib, artıq ştat saxlanılıb, iki il əvvəl alınan dekor qapıların quraşdırılması audit dövrünün sonuna qədər təmin edilməyib. Bununla da nöqsanlara yol verən 2 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən 1 bağça müdiri tutduğu vəzifədən kənarlaşdırılıb, 1 bağça müdirinə isə töhmət elan edilib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO