Əflatun Amaşov: “İdman jurnalistləri üçün treninqlər keçiriləcək”
Bizi izləyin

Qırmızı.az

Əflatun Amaşov: “İdman jurnalistləri üçün treninqlər keçiriləcək”

“Azərbaycanda 40-a yaxın qəzet çıxır, demək olar ki, hər həftə bir neçə portal yaranır. Elə mətbuat nümayəndələrimiz var ki, onlar dünyanın istənilən media qurumunda çalışa bilərlər. Amma hələ də peşəkarlıqla bağlı problemlərə rast gəlinir. Bəzən maliyyə problemləri üzündən bir jurnalist bir neçə sahədə yazır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin respublikada fəaliyyət göstərən informasiya agentlikləri, qəzetlərin redaktorları və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri ilə görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Jurnalistlərin ixtisaslaşmasından danışan Əflatun Amaşov bildirib ki, bu baxımdan idman sahəsində bəzi problemlər var: “Bizdə idman sahəsindən yazan jurnalistlər var. Amma bizdə daha çox idmanın özümüzə yaxın olan növlərindən yazanlar çoxdur. Məsələn, güləş və s. Biz bununla bağlı jurnalistlər arasında treninqlər keçirməyi planlaşdırırıq”.

Mədəniyyət sahəsində vəziyyətin yaxşı olduğunu deyən Ə. Amaşov bildirib ki, bu baxımdan bəzi mətbu orqanların işi təqdirəlayiqdir. Bura “Kaspi”, “Ədalət”, “525” qəzetlərini, lent.az,axar.az saytlarını aid etmək olar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm