Xəzərdə balıqçılar itkin düşdü
Bizi izləyin

Qırmızı.az

Xəzərdə balıqçılar itkin düşdü

Xəzər dənizində 3 balıqçı itkin düşüb.

Bu barədə Publika.az FHN-nin saytına istinadən xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçı itkin düşüb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm