“Şərur” MTK-da fəhlə ölümü ilə bağlı cinayət işi qaldırıldı
Bizi izləyin

Qırmızı.az

“Şərur” MTK-da fəhlə ölümü ilə bağlı cinayət işi qaldırıldı

Bakıda fəhlənin ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Şərur” MTK tanınmış iş adamı İsfəndiyar Axundova məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm