
Bakıda qətl hadisəsi baş verib. Hadisə 135 saylı marşrut
xətti ilə hərəkət edən sərnişin avtobusunda baş
verib.
Publika.az APA-ya istinadən xəbər verir ki, xırdalan şəhərindən
Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka"
adlanan ərazidə dayanıb və hadisəni törədən Məmmədov Namiq Hacı
oğlu hadisə yerindən qaçıb.
Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki
Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Xəstəxanadan bıçaqlanan qadının öldüyünü təsdiqləyiblər. Məlumata
görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma
Məhəmməd qızıdır.
Faktla bağlı araşdırma aparılır.