Qırmızı.az
İşə bu geyimdə gəlmək olmaz – FOTOLAR
“Azəriqaz" İstehsalat Birliyində "İşgüzar geyim qaydaları" ilə bağlı təlimatın fotoları sosial şəbəkələrdə yayılıb.
Publika.az milli.az-a istinadən xəbər verir ki,
qaydalar "Tövsiyə olunan geyim və saç düzümü formaları" ilə
"Tövsiyə olunmayanlar"a bölünür. Fotoların Nəsimi Rayon Qaz
İstismar İdarəsinin inzibati binasında çəkildiyi iddia
olunur.
"Azəriqaz" əməkdaşlarından biri saytla söhbətində "dress-kod"
qaydalarının mövcudluğunu təsdiqlədi. "Bu, yeni məsələ deyil ki?!
Ötən ilin yayında İstehsalat Birliyində əməkdaşlar üçün tövsiyə
olunan işgüzar geyim qaydaları barədə təlimat verilib. İndi "Qaynar
xətt" əməkdaşlarına xüsusi uniformalar hazırlanır. Bu gün
əməkdaşların bədən ölçüləri götürüləcək. İşgüzar geyim qaydaları
bütün böyük şirkətlərdə və qurumlarda var. Qərbdə buna "dress-kod"
deyirlər, biz də tətbiq edirik", - "Azəriqaz" əməkdaşı
söylədi.
Xatırladaq ki, MDB məkanındakı qazpaylama və hasilat şirkətləri
arasında ilk olaraq Rusiyanın "Qazprom" konserni əməkdaşları üçün
"İşgüzar geyim qaydaları"nı tətbiq edib.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO