Qırmızı.az
Azercell ilk dəfə SMS filtrasiyasının tətbiqinə başladı
Mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçiləri çox vaxt narahat edən hallardan biri nömrələrinə çoxlu sayda reklam xarakterli SMS-lərin gəlməsidir. Daim öz abunəçilərinin qayğısına qalan Azərbaycanın lider mobil operatoru Azercell Telekom ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyası imkanını tətbiq edir. SMS filterini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər.
Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər. Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.
Hər zaman öz abunəçilərinin məmnunluğunu düşünən Azercell şirkəti bundan sonra da müştərilərilərinin mobil rabitə xidmətlərindən daha rahat və sərbəst istifadəsi üçün şərait yaratmaqda davam edəcəkdir.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu