Qırmızı.az
Dəmir yollarında YENİLİK
Nəqliyyat Nazirliyi tərəfindən Birinci Avropa Oyunları ilə əlaqədar olaraq tədbirlər planı hazırlanıb. Həmin plana uyğun olaraq biz üzərimizə düşən vəzifələri də yerinə yetiririk.
Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, vağzallarda artıq istiqamətverici lövhələr Azərbaycan və ingilis dilində tərtib edilib. Məlumat bürosu təşkil olunub.
“Bələdçilər, stansiya işçiləri və qatar rəisləri qonaqlarla ünsiyyət yaratması üçün ingilis dili kurslarına cəlb edilib. Vağzallarda səsli məlumatlandırma sistemlərində də yeniliklər olub. Oyunlar ərəfəsində məlumatlar Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də səsləndiriləcək. Səsləndirmə Bakı, Sumqayıt və Gəncə vağzallarında olacaq. Bundan başqa, əcnəbilərlə rahat ünsiyyət yaradılması üçün əlavə tərcüməçilər işə qəbul edilib. Onlar məlumat bürosu və kassalarda işləyərək, əməkdaşlarımıza xaricilərlə ünsiyyətdə kömək edəcək”.
N.Əzməmmədov bildirib ki, oyunlara qədər vaqonların təmiri prosesi yekunlaşmalıdır.
“Bu vaxta qədər 85 vaqon Ukraynada təmir edilib. Bir neçə gün əvvəl daha 5 vaqon təmir edilib, ölkəyə gətirilib”.
Gülxar
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?