FHN-dən Bakıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

FHN-dən Bakıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunb. Yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunublar. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm