Xocalı uşaqları İstanbula gedir
Bizi izləyin

Qırmızı.az

Xocalı uşaqları İstanbula gedir

Aprelin 22-24-də Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən Xocalı sakinləri (o zaman onların ən böyüyünün 10 yaşı olub) İstanbula dəvət olunub.

Publika.az xəbər verir ki, bu barədə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

Dəvət İstanbul Ticarət Odasından gəlib.

E.Eyvazlı bildirib ki, bundan öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bütün dünyada başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən 25 uşağın gördükləri dəhşətlərdən bəhs edən və onun müəllifi olduğu “Böyüməyən uşaqlar” kitabı və kitab əsasında hazırlanmış eyni adlı sənədli film dünyanın 8 ölkəsində, eləcə də Türkiyədə təqdim olunub: “Kitab və film Türkiyədə böyük maraqla qarşılanıb. Bunun ardınca Türkiyədən dəvət gəlib. Kitab və filmin İstanbulda yenidən təqdimatı olacaq. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bi istiqamətdə işlər il boyu davam etdiriləcək”.

Səfərdə Xocalı soyqırımı nəticəsində hər iki valideynini qətlə yetirilən uşaqlarla yanaşı millət vəkilləri və bir qrup QHT nümayəndələri, baş redaktorlar da iştirak edəcəklər.

E.Eyvazlı bildirib ki, nümayəndə heyətinin üzvləri Türkiyənin aparıcı telekanallarında çıxış edəcək, Xocalı soyqırımı zamanı gördüklərini danışacaqlar.

Türkiyədə aprelin 23-də keçiriləcək “Çocuk şöləni”ndə Xocalı uşaqları iştirak edəcək, dünyaya mesaj verəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm