Qırmızı.az
Bu gün hava necə olacaq?
Aprelin 13-də Bakıda və Abşeron yarımadasında buludlu
hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı
gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında
mülayimləşəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-9°
isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə
sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə0-4° isti,
gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir
güclənən qərb küləyi əsəcək. Temperaturun gecə 1-6° şaxta, gündüz
0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə
sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman
olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu
gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar
yağacağı, gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə
0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5°
isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir
güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6° isti,
gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK