Gəncədə it sərgisi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəncədə it sərgisi – FOTOLAR

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Respublika Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə itlərin sərgi-müsabiqəsi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyadan gətirilmiş itlər nümayiş etdirilib.

Standartlarda itin xarici görünüşü və özünüaparma qaydası müəyyənləşdirilib.

Bu standartlara cavab verən itlər müsabiqənin final mərhələsinə vəsiqə alıb və birincilik uğrunda mübarizə aparıblar. Gürcüstandan gətirilən Qafqaz çoban iti müsabiqənin qalibi olaraq, sərginin “ən yaxşı iti” titulunu qazanıb və mükafata layiq görülüb.

Yarışma tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Xatırladaq ki, itlərin sərgi-müsabiqəsi şəhərdə ikinci dəfədir ki keçirilir.

Respublika Kinoloqlar İctimai Birliyi ölkəmizdə 2001-ci ildə yaradılıb. Birliyin mindən çox üzvü var. Birlik kinoloqları, it təlimçilərini, baytar həkimlərini, it həvəskarları və sahiblərini birləşdirir.

Azərbaycan 2006-cı ildən Beynəlxalq Kinoloq Federasiyanın üzvüdür.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm