
Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına
uğrayıb.
Publika.az-ın Kanal S-ə (Region TV) istinadən verdiyi məlumata
görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu
km-liyində, Şamaxı rayonunda baş verib. Belə ki, yolun ortasında
manevr edərək əks yola keçmək istəyən "İsuzu" markal avtobus
arxadan gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Avtomobilinin sürücüsü A.Qasımovun oğlu Qadir Qasımov yüngül
xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə
Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti
normaldır.
Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən
sonra müəyyənləşəcək.