Masazır qazsız qalıb - qəsəbədə partlayış təhlükəsi var
Bizi izləyin

Qırmızı.az

Masazır qazsız qalıb - qəsəbədə partlayış təhlükəsi var

Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri 4 gündür qazsız qalıb.

Qəsəbə sakinlərinin Publika.az-a verdiyi məlumata görə, aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin Publika.az-a bldirdiyinə görə, qəsəbəyə qazın verilişinin dayandırılması yerin təkindən qazın çıxması ilə bağlıdır:

“Yerin təkindən çıxan qaz mətbəxdə istifadə olunan qaz deyil. Həm də həmin qəsəbədə bütün qaz xətləri yerüstü xətlərdir. Biz də qazın mənbəyini araşdırmaq üçün əvvəlcə yalnız həmin hissədə verilişi dayandırdıq. Sonra bütün qəsəbənin qazını kəsdik ki, aidiyyəti qurumlar rahat işləyə bilsinlər”.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının ərazidə iş apardıqlarını deyən İ. Kərbəlayevin sözlərinə görə, nə vaxt həmin işlər yekunlaşsa qəsəbəyə qaz verilişi bərpa olunacaq.

Qeyd edək ki, aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar apardığı üçün aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm