Bakı-2015-in QADAĞALARI
Bizi izləyin

Qırmızı.az

Bakı-2015-in QADAĞALARI

Bu gün Milli Məclisin Sosial siyasət komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsinə yeni 224-1 və 298-1 maddələrinin əlavə olunması müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, əlavələr ölkədə keçirilən beynəlxalq idman yarışlarında, o cümlədən qarşıdan gələn I Avropa Oyunlarında təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.

Bildirilib ki, Azərbaycanda keçiriləcək kütləvi beynəlxalq idman yarışları zamanı saxta bilet satışı, o cümlədən tədbirin keçirilməsinə mane olma ilə bağlı yeni cəzalar tətbiq olunur.

224-1-ci maddəyə görə, kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 5 min manat cərimələnəcəklər.

Maddədə o da göstərilir ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2 min manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər cərimələnəcəklər.

Maddə 298-1-də isə deyilir ki, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:

- bədən tərbiyəsi - idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;

- bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə;

Fiziki şəxslərin 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslərin 2 min manat, hüquqi şəxslərin isə 5 min manat miqdarında cərimələnməsi nəzərdə tutulur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm