Sevinin: Sabah 20 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sevinin: Sabah 20 dərəcə isti olacaq

Sabah Azərbaycanda mülayim, nisbətən isti hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 15-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq , qısamüddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm