Məktəbi bitirə bilməyən 167 nəfər imtahan vermək istəyir
Bizi izləyin

Qırmızı.az

Məktəbi bitirə bilməyən 167 nəfər imtahan vermək istəyir

Bakı şəhərində eksternat qaydada imtahanlarda iştirak etmək üçün 167 müraciət olub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib

Qeydiyyat aprelin 1-dən 20-nə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeyd edək ki, bu il ilk dəfə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün imtahan keçiriləcək.

İmtahan mayın 13, 14 və 15-də əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 3 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm