Qırmızı.az
Bakıda 4 özəl klinika bağlandı
Azərbaycanda bir neçə özəl tibb müəssisəsi
cəzalandırılıb.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi
xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi
xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2015-ci ilin I rübü
ərzində öz nəzarətini gücləndirməkdə davam edib.
Həmin dövrdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb
müəssisələrində ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra
sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər
görülüb.
Aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə
tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və
mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkar olunub.
Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə
xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti
yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək
dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra
işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv
edilib.
Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti
ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində
göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb
müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü
kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat
məbləğində).
Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş
şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin
şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər
haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən
(http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək
mümkündür.
Nazirlik vətəndaşlara xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edir.
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU