Qırmızı.az
Robert Sekuta Gəncədə rəsmi səfərdədir - FOTOLAR
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Gəncə şəhərindədir.
Publika.az-ın məlumatına görə, səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüş zamanı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfiri salamlayaraq, 4000 illik qədim və zəngin tarixə malik olan Gəncənin sosial-iqtisadi və mədəni inkişafı, sənaye potensialı, beynəlxalq əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi, inkişaf və tərəqqi ilə bağlı yeni istiqamətlərin müəyyənləşdirilməsi haqqında ətraflı məlumat verib. 2016-Avropanın Gənclər Paytaxtı Gəncədə yeni layihələrin və mühüm tədbirlərin həyata keçirilməsindən, görüləcək işlərdən danışıb.
Səfir Robert Sekuta çox gözəl və füsunkar şəhər olan Gəncəyə səfərindən məmnun qaldığını bildirərək qeyd edib ki, Azərbaycanla ABŞ arasında birgə əməkdaşlıq münasibətləri, sıx əlaqələr ölkələrimizin inkişafına öz töhfələrini verəcək, xalqlarımız arasında yaranan dostluq və həmrəylik münasibətlərini möhkəmləndirəcək. Səfir Gəncənin memarlıq üslubuna və yaşıllıqlara bürünməsindən zövq aldığını, Gəncə şəhərinin XXI əsr tələblərinə uğun yenidən qurulmasından məmnun olduğunu bildirdi.
Sonda xatirə hədiyyələri təqdim edilib.
Süsən Tağıyeva
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR