Azərbaycanda icma rəhbəri: “Biz müharibə etməsək…”
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda icma rəhbəri: “Biz müharibə etməsək…”

“Azərbaycanda 7 sinaqoq var, biri tikilməkdədir, iki orta məktəb və iki uşaq bağçası fəaliyyətdədir. Bir sıra ölkələrdə prezidentin sərəncamı ilə Azərbaycanda sinaqoq tikildiyini deyəndə inanmırlar. Onları Azərbaycana gəlməyə dəvət edirəm”.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycanda dağ yəhudiləri icmasının rəhbəri M.Yevdayev “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransında çıxışı zamanı deyib. M.Yevdayev bildirib ki, bu yaxınlarda Türkiyədə yəhudi sinaqoqu yenidən təmir olunub istifadəyə verildi. Bütün bunlar müsəlman ölkəsinin yəhudilərə diqqətinin göstəricisidir:

“Azərbaycan həqiqətlərini dünyaya çatdırıram və hesab edirəm ki, biz müharibə edə bilməsək, günaha batmış oluruq. Azərbaycanla yəhudilər dostlaşmış, qardaşlaşmış xalqdır. Azərbaycanın xoş günü yəhudilərin xoş günü, bəd gününüz bizim bəd günümüzdür. Biz həmişə duz-çörəyin qədrini bilib onu itirməyəcəyik. O xalq xoşbəxtdir ki, evindədir. Biz yəhudilər də xoşbəxtik, çünki evimizdəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm