Bu il yanğınlarda 16 nəfər həlak olub – FHN statistikanı açıqladı
Bizi izləyin

Qırmızı.az

Bu il yanğınlarda 16 nəfər həlak olub – FHN statistikanı açıqladı

Bu il baş verən partlayışlar zamanı 1 nəfər həlak olub, 9 nəfər xəsarət alıb. Respublika ərazisində 7 partlayış hadisəsi baş verib. Bu da 2014-cü ilin I rübü ilə müqayisədə 9 hadisə və ya 56% azdır.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqladığı statistikada deyilir.

Partlayışların 4-ü fərdi evlərdə, 2-si çoxmənzilli yaşayış binalarında və 1-i sosial-məişət və mədəniyyət təyinatlı binada baş verib.

2015-ci ilin I rübü ərzində respublika ərazisində 1386 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin I rübü ilə müqayisədə 747 hadisə və ya 35% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 17 nəfər həlak olub, 43 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 22 nəfər xilas edilib, 249 nəfər təxliyyə olunub.

2015-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1336 çıxış edilib. Onlardan 396-sı çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar, 429-u sahələrdə yanğınlar və 83-ü nəqliyyat vasitələrində yanğınlar və 428-i digər yanğınlar zamanı təşkil edilib.

Məlumatda bildirilir ki, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından xəsarət alanlar üzrə 6 nəfər və ya 21% çoxdur. Yanğınların söndürülməsi zamanı 5 nəfər xilas edilib, 233 nəfər təhlükəsiz ərazilərə təxliyyə olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm