“Onlar müsəlman sifətində vəhşi obrazı yaratmaq istəyən qüvvələrdir”
Bizi izləyin

Qırmızı.az

“Onlar müsəlman sifətində vəhşi obrazı yaratmaq istəyən qüvvələrdir”

“Bu gün dünyada islamdan istifadə edən, bəzi mənsəb ayrı-seçkiliyi, dinləri bir-birinə qarşı qoyan qüvvələr var”.

Publika.az-ın məlumatına görə, bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bunun nəticəsində qocalar, qadınlar, uşaqlar və bütövlükdə yüzlərlə insanlar həyatlarını itirirlər. Şeyx bu cür qüvvələrin müsəlman sifətində bir vəhşi obraz yaratmaq istədiklərini vurğulayıb:

“Həmin qüvvələr islamı istəməyənlərdir. Onlar müsəlman sifətində vəhşi obrazı yaratmaq istəyən qüvvələrdi. Buna görə də bizim elmə ehtiyacımız var. Eyni zamanda, elm adamlarına ehtiyacımız duyulur. Bizim həyatımız, adət-ənələrimiz islam dini ilə bağlıdır. Yəni islam həyatımızın ayrılmaz hissəsidir. Buna görə də biz dünyaya islamın sülh dini olduğunu göstəririk”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm