Azərbaycan Dünya Turizm Forumunun builki qonaq ölkəsi olacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Dünya Turizm Forumunun builki qonaq ölkəsi olacaq

2015-ci ilin 23-24 aprel tarixində İsveçrə Konfederasiyasının Lüsern şəhərində 4-cü “Lüsern Dünya Turizm Forumu” keçiriləcək. Forumda Mədəniyyət və Turizm Nazirliyi tərəfdaş qismində iştirak edəcək.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Hər il dünyanın müxtəlif ökələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikası olacaq. Forumda ölkəmizin qonaq qismində iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.

Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, forumda 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin, mütəxəssislərin və icraedicilərin iştirakı planlaşdırılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm