Qırmızı.az
Fermerlərin qeydiyyatı və torpaqların uçotu elektronlaşdırılır
Hazırda Azərbaycanda aqrar məhsulların 95 faizi kiçik təsərrüfatlarda istehsal olunur. Kiçik təsərrüfatlar və iri holdinqlər arasında əməkdaşlığı möhkəmləndirmək vacibdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bu gün Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə yüksək səviyyəli beynəlxalq forumda bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı torpaq vergisindən başqa, bütün vergi növlərindən azad olunub. Gübrə, yanacağın alınmasına görə güzəştlər təqdim olunur: "İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatının payına düşür. Hazırda aqrar siyasət üçün bir nömrəli vəzifə dövlət dəstəyinin səmərəliliyinin artırılmasıdır".
A.Əmiraslanov qeyd edib ki, Azərbaycan torpaqlardan istifadənin səmərəliliyini artıracaq, innovasiya və müasir texnologiyaların tətbiqini genişləndirəcək, məhsuldarlığı və emal sənayesinin səviyyəsini yüksəldəcək, bu sahədə ixrac potensialını artıracaq: "Prioritet istiqamətlərdən biri elektron kənd təsərrüfatının tətbiqidir. Bunun tətbiqi formal xarakter daşımalıdır. Elektron kənd təsərrüfatının işi bu sahəni institusional və struktur cəhətdən dəyişəcək. Bu kontekstdə Azərbaycan fermerlərin qeydiyyatı və torpaqların uçotu elektron sistemini tətbiq edəcək".
Hazrlanması Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı ilə nəzərdə tutulan Azərbaycanın aqrar-səanye kompleksinin yeni inkişaf strategiyası bütün bu məqsədləri əhatə edəcək. Strategiya aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının strateji məqsədlərini və prioritet inkişaf istiqamətlərini əhatə edəcək.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər