Bakıda dəhşətli tıxac – Yüzlərlə avtomobil yolda qaldı
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli tıxac – Yüzlərlə avtomobil yolda qaldı

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac var. Sulutəpə qəsəbəsindən başlanan tıxc “Şamaxinka”ya qədər davam edir. Məlumata görə tıxac səhər 8:30-dan başlayıb və yüzlərlə avtomobil hərəkətin tamamilə dayandığı yolda qalıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda paytaxtın bir sıra digər ərazilərində, o cümlədən Bakı-Sumqayıt yoluna alternativ olan Binəqədi şosesində - üzü şəhər istiqamətində, Moskva prospektində “20 Yanvar” dairəsi istiqamətində, Heydər Əliyev prospekti kənar yolda hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə H. Əliyev prospektinə alternativ olaraq Babək və ya Ziya Bünyadov prospektindən istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, Heydər Əliyev prospekti əsas yolda hər iki istiqamətdə təmir getdiyindən bu istiqamətdə yol bağlıdır. Sürücülər alternativ olaraq kənar yoldan istifadə edirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm