Türkmənistandan gəldi, suriyalı və iranlını soydu - BAKIDA
Bizi izləyin

Qırmızı.az

Türkmənistandan gəldi, suriyalı və iranlını soydu - BAKIDA

Türkmənistan vətəndaşı Bakıda Suriya və İran vətəndaşlarının noutbuklarını oğurlayıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Suriya vətəndaşı Said Almohammada məxsus noutbuku oğurlamış Türkmənistan vətəndaşı Ağabala Rzayev tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də İran vətəndaşı Murad Əlizadə-Yeganiyə məxsus noutbuku, habelə aprelin 15-də Salyan rayon sakini Əhməd Məmmədovun mobil telefonunu oğurlaması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm