MTRŞ: Bədii Şuralar lazımi şəkildə fəaliyyət göstərmir
Bizi izləyin

Qırmızı.az

MTRŞ: Bədii Şuralar lazımi şəkildə fəaliyyət göstərmir

Azərbaycanda bütün telekanallarda Bədii Şuralar yaradılsa da, onlar lazımi şəkildə fəaliyyət göstərmir.

Publika.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev telekanallarda aparılan monitorinqin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

Q.Cəbiyev deyib ki, əvvəllər Azərbaycanda bir telekanal olsa da, bu gün ölkədəki telekanalların sayı artıb: " Onların hamısında Bədii Şura yaradılıb. Amma o şuralar lazımi səviyyədə işləmir, şura üzvləri işlərə lazımi səviyyədə cəlb olunmurlar. Həmin şuralar işlək formaya cevrilsə, daha yaxsı nəticələr əldə etmək olar".

Q.Cəbiyevin sözlərinə görə, kanalların aparıcıları da ədəbi dilin normalarına ciddi əməl etməlidirlər: "Hər adam diktor ola bilməz. Aparıcı ədəbi dilin normalarını yaxsı bilməli, ona riayət etməlidir. Bizim yaxşı diktorlarımız da var, amma yerində olmayanlar, yerini bilməyənlər də var".

O, televiziya verlişlərində ekspert kimi iştirak edən qonaqların da dildən düzgün istifadə etmələrini vacib sayır:

"Bəzən dillə bağlı radio və televiziyaların üzərinə çox gedirik. Nəzərə almalıyıq ki, televiziya və radio özündən bir şey icad etmir, cəmiyyətdə olanları təqdim edir. Televiziyaya dəvət edilənlər müxtəlif təşkilatlardan, təhsil ocaqlarından, nazirliklərdən olan ziyalılar cəmiyyətdə təmsil olunan insanlardır. Onlar da telekanallarda dildən yaxşı istifadə etməli və dilin normalarına riayət etməlidirlər".

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm